Eyni familiyalı səkkiz seçki namizədi...

31 İyul 2023 19:48 (UTC+04:00)

...Voronej vilayətində seçkilərdə namizədliklərini verənlərin səkkiz nəfəri eyni familiyanı daşıyır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Podyom” öz Telegram kanalında yayıb.

Belə ki, Semilukski dairəsinin seçki komissiyası bildirib ki, rayonlardan birində Vaxnin soyadlı altı namizəd eyni vaxtda qeydə alınıb.

Eyni soyadlı daha iki kişi sənədlərin təqdim edilməsində qanunsuzluqlara yol verdiyi üçün onların qeydiyyatından imtina edilib.

Qeyd edək ki, namizədlərin ən gəncinin bu yaxınlarda 22 yaşı tamam olub. Onu da qeyd edək ki, səkkiz kişidən üçünün baş hərfləri tamamilə eynidir.

Hazırda yeddi nəfər öz namizədliyini irəli sürüb. Yerli seçki komissiyası bildirib ki, seçkilərdə namizədliyi irəli sürülmüş şəxslərin heç biri soyadını dəyişməyib.

Ağasəf