Röya Ayxanın xalası qızı ilk layihəsini təqdim edib - VİDEO

31 İyul 2023 03:44 (UTC+04:00)

Xalq artisti Röya Ayxanın xalası qızı, gənc müğənni Aygül ilk layihəsini təqdim edib. SİA xəbər verir ki, ifaçı sözləri Tural Məmmədov, musiqisi Aydan Əliyevaya məxsus “Mənə bax” mahnısını ekranlaşdırıb. Layihənin rejissoru R.Ayxanın qardaşı İsmailzadədir. Onun obrazı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb.

“Mənə bax” bütün musiqi platformalarında təqdim edilib.