Saxalindəki çörək zavodlarından birində qonur ayı lentə alınıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, kuryoz hadisə Oxa şəhərində qeydə alınıb.
Belə ki, görüntülərdə çörək zavodlarından birinə daxil olan ayı, rəflərə yığılmış hazır məhsullardan olan 125 piroqu yeyib.
Deməli ayının yeyinti səhnəsini mobil telefonla lentə alan iki qadından biri, “...hə, heç olmasa bir az burax” deyə zarafatla ayıya dillənib.
Qeyd edək ki, ayının çörək zavoduna səfərinin necə başa çatdığı barədə bir şey deyilmir.
Yeri gəlmişkən bundan əvvəl Maqadanda ayının hücumuna məruz qalan qızın öldüyü bildirilir.
Nazlı