Məşhur hollandiyalı modelin ikinci övladı dünyaya gəlib

30 İyul 2023 06:37 (UTC+04:00)

Məşhur hollandiyalı model Lara Stounun ikinci övladı dünyaya gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun 2021-ci ildə ailə həyatı qurduğu David Qrivsondan oğlu olub.

Cütlük övladına Bob adını verib.

Qeyd edək ki, bu, Lara Stounun ikinci evliliyidir. Model bundan əvvəl aktyor Devid Uilyamsla evli olub. Onların bu nikahdan Alfred adlı oğlu var.