Xalq artistinin qardaşı Moskvada dəfn olundu

30 İyul 2023 02:39 (UTC+04:00)

"Qardaşımın cənazəsi Bakıya gətirilməyəcək”. SİA xəbər verir ki, bunu Xalq artisti Şəfiqə Məmmədova qardaşı Məmməd Məmmədovun dəfni ilə bağlı danışarkən deyib.

O bildirib ki, qardaşı Moskvada dəfn olunub: "Ailə olaraq belə qərar verildi”.

Qeyd edək ki, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskvada vəfat edib. O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.