“Twitter”də gözlənilən dəyişiklik istifadəçiləri qəzəbləndirdi

29 İyul 2023 08:15 (UTC+04:00)

İlon Mask “Twitter”də tezliklə ancaq qaranlıq rejimin mövcud olacağını açıqlayıb. SİA xəbər verir ki, məlumata görə, bu qərar sosial şəbəkə istifadəçiləri arasında mübahisələrə səbəb olub. Çünki bir çox istifadəçi üçün platformadan işıqlı rejimdə istifadə etmək daha rahatdır. Onlar etiraz edərək yazıblar ki, qara fonda açıq mətni oxumaq daha çətindir.

Qeyd edək ki, hazırda “Twitter” istifadəçilərin seçimindən asılı olaraq bir neçə rejim təklif edir.