Avqustun 1-də Bakıdakı Rus evində Pleybek teatrının premyerası olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, Bakıdakı Rus evinin dəstəyi ilə tədbirin təşkilatçısı qismində Azərbaycanın Rus Gəncləri Assosiasiyası çıxış edir.
Pleybek teatrı səhnə improvizasiyasının orijinal formasıdır. Burada insanlar öz həyatlarında baş vermiş real hadisələrdən danışır və sonra onların səhnə təcəssümünə tamaşa edirlər.