SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin edilib

28 İyul 2023 12:45 (UTC+04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

SİA xəbər verir ki, bu vəzifəyə Pərviz Sədrəddinov təyin edilib.

Qeyd edək ki, Pərviz Sədrəddinov uzun illər "Kapital Bank"da mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.