"160 tibbi personal qanvermə aksiyasına cəlb olunub" - QURUM RƏSMİSİ BİLDİRDİ

28 İyul 2023 09:59 (UTC+04:00)

"Bu gün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Aşura Günü ilə əlaqədar olaraq qanvermə aksiyasına start verilib. Qanvermə aksiyası səhər saat 9-dan etibarən başlayıb. Paytaxtda 8 məscid və ziyarətgahlarda qanvermə aksiyası keçirilir". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva qanvermə aksiyası zamanı deyib.

O bildirib ki, Bakı şəhərində 160 tibbi personal qanvermə aksiyasına cəlb olunub: "18-65 yaş aralığında, minimum 50 kq çəkisi olan hər kəs yaxınlaşıb qan verə bilər".

"Qeyd edim ki, qan daimi ehtiyacdır. Lakin qanın da istifadə müddəti var. Burada toplanılan qanlar ilkin olaraq Mərkəzi Qan Bankının laboratoriyasında yoxlandıqdan və yararlı hesab olunduqdan sonra istifadəyə veriləcəkdir. Qan xəstəliyindən əziyyət çəkən, qana ehtiyacı olan 1500-dən çox pasiyentə üç həftədən bir qan köçürülür. Bu toplanan qanlar onların müalicəsində istifadə olunacaq"-, deyə o əlavə edib.

Ləman Sərraf