Məşhur aktyordan irad gəldi

28 İyul 2023 03:49 (UTC+04:00)

Tanınmış aktyor Kamran Ağabalayev Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşdilməsinə münasibət bildirib. SİA xəbər verir ki, aktyor Azərbaycanda keyfiyyətli filmlərin çəkilməməsindən gileylənib. O, adıçəkilən qurumların ünvanına tənqidi fikirlər səsləndirməklə onları kino sahəsindəki problemləri aradan qaldırmağa səsləyib.

"1 filmi olmayan ölkədə 2 kino ittifaqı niyə var və nəyə yarayırlar? Bu ölkədə kino adına "FOKUS" jurnalından başqa heç nə yoxdur, hə, bir də aktyor və aktrisalar var. Amma kino yoxdur. Kino çox güman budur elə", - məşhur sosial mediada yazdığı paylaşımda qeyd edib.