Türkiyədə yaşayan müğənni Safura Əliyeva Xalq artisti Mübariz Tağıyevin "Xatirə" kompozisiyasına yeni nəfəs verib. SİA xəbər verir ki, bu barədə ulduz özü sosial mediada məlumat yayıb. O, öz ifasını paylaşaraq izləyicilərini onu dinləməyə səsləyib.
"Əziz müəllimim olan Mübariz Tağıyevin repertuarından "Xatirə" adlı yeni ifa etdiyim mahnım rəqəmsal platformalarda artıq yayımdadır", - Safura qeyd edib.
Məlumat üçün bildirək ki, Safura mərhum nazir Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün bu nikahdan 3 övladı var. Sənətçi ailə qurduqdan sonra sənətdən getsə də, zaman-zaman yeni mahnılar yazdıraraq dinləyicilərini sevindirməyə çalışır.