Cümə axşamı Ukraynanın Dnepropetrovsk vilayətinin Kamianske şəhərində keçmiş SSRİ lideri Leonid Brejnevin büstü sökülüb.
SİA xatırladır ki, Brejnev 1906-cı ildə bu şəhərdə anadan olub. Büstü 1976-cı ildə Brejnev Sovet İttifaqı Qəhrəmanı adına ikinci ulduz verildikdən sonra qoyulub. Qeyd edək ki, o vaxtlar SSRİ-də iki dəfə qəhrəman olanların ömürlük bürünc büstləri ucaldılırdı.
Yeri gəlmişkən, Leonid Brejnevin abidəi Kamenskinin görməli yerlərindən birində ucaldılmışdı. Amma neyləməli ki, Ukraynada qəbul edilən dekommunizasiya haqqında qanun Leonid İliçin də sökülməsi zərurətini nəzərdə tuturdu. Onu da qeyd edək ki, bir çox yaşlı insanlar üçün Leonid Brejnevi tarixi irs, şəxsiyyət adlandıran şəhər meri Andrey Belousov, onun Kamianske üçün çox işlər gördüyünü də etiraf edib.
Belousov, sökülən abidənin Şəhər Tarixi Muzeyinin ərazisində quraşdırılacağını deyib.
Merin sözlərinə görə, şəhərin mərkəzində, büstün qoyulduğu yerdə isə daha sonra Ukraynanın Rusiya ilə müharibədə qələbəsi şərəfinə abidə ucaldılacaq.
Onu da xatırladaq ki, may ayında Kiyev Şəhər Şurası Brejnevi “Kiyev şəhərinin fəxri vətəndaşı” titulundan məhrum edib. Brejnev 1982-ci ildə bu titulun yaranmasından sonra Kiyevin ilk fəxri vətəndaşı olmuşdu.
...Həmçinin cümə axşamı Poltavada şair Aleksandr Puşkinin və Sovet generalı Nikolay Vatutinin abidələri də sökülüb. Qərar Şəhər Şurası tərəfindən qəbul edilib.
Ağasəf Babayev