Sabah hava meteohəssas insanlarda narahatlıq yarada bilər

27 İyul 2023 15:09 (UTC+04:00)

İyulun 28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib.

Bildirilib ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.