İş xanımı Ruhi Əliyevanın adından dələduzluq edilib. SİA xəbər verir ki, o, bu barədə özü məlumat yayıb.
Ruhi Əliyeva feysbukda adına saxta hesab yaradıldığını və insanlara hədiyyə təklif edildiyini bildirib: "Feysbukda adıma belə bir səhifə açıb canlı yayımda insanları aldadırlar. Xahiş edirəm, belə dələduzlara qarşı ehtiyyatlı olasınız".