"Elif" illər sonra bu halda görüntüləndi - FOTO

27 İyul 2023 04:50 (UTC+04:00)

9 illik fasilədən sonra yeni serialı ilə ekranlara qayıtmağa hazırlaşan Özgü Namal Cihangirdə telefonla danışarkən görüntülənib. SİA xəbər verir ki, aktrisa hər zamankından fərqli olaraq bu dəfə kameraları görəndə gülümsəyib, hətta onlara əl edib. Fotolarının çəkildiyini görən ulduz jurnalistlərə "Məni də burada tapdınız, sizə halal olsun!" deyib və qələbə işarəsini göstərib.

Məlumat üçün bildirək ki, aktrisa ailə qurduqdan sonra kameralardan və paparazzilərdən uzaq gəzirdi. O, indiyədək uşaqlarının da üzünü gizlətməyə çalışır.

Aktrisa "Qırmızı qönçələr" adlı yeni serialda əsas rolu ifa edəcək. Məlum olub ki, aktrisanı razı salmaq üçün layihənin ssenaristi Necati Şahin 2 il ona "dil tökməli" olub. Bu barədə rejissor Sina Koloğlu danışıb. Həmçinin bildirilib ki, oynayacağı rol Özgünü çox təsirləndirib.