Cennifer Lopez 54 yaşını qeyd edib - FOTOLAR

27 İyul 2023 02:44 (UTC+04:00)

Hər zaman öz təbii gözəlliyini məharətlə vurğulayan və diqqət çəkən obrazlar seçən aktrisa və pop diva Cennifer Lopez 54 yaşını qeyd edib. SİA xəbər verir ki, dünya şöhrətli ulduz doğum gününü yaxınları və ailə üzvləri ilə birlikdə açıq havada keçirib. İldən-ilə daha da gəncləşən ulduz doğum günündə çəkilən fotoları instaqramda paylaşıb.

"Ad günü əhval-ruhiyyəsi...bütün ay!! Lola oynamağa gələndə gün həmişə yaxşı keçir", - Cennifer paylaşımına qeyd edib.

Doğum günü üçün gümüşü parıltılı libas seçən ulduzun masanın üstünə çıxması diqqət çəkib.