Moskvada 19-cu əsrin sonundan bəri ən güclü leysan

26 İyul 2023 23:17 (UTC+04:00)

İyulun 26-da Moskvada 19-cu əsrin sonundan bəri ən güclü leysan qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə paytaxtın kommunal xidmətlər kompleksinin Telegram kanalında məlumat verilib.

“Meteoroloqların fikrincə, 19-cu əsrin sonlarından bəri ən güclü leysan bu gün paytaxtda yağıb. Bir neçə saat ərzində 46 millimetrə qədər yağıntı düşüb”, - məlumatda deyilir.

Əvvəlki rekord 1894-cü il iyulun 26-da qeydə alınıb. Həmin gün 42,5 millimetr yağış yağıb.

Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə güclü yağışlar davam edəcək.