Tofiq Yaqublu təhlükəli manyaka çevrilir KÖŞƏ

26 İyul 2023 13:31 (UTC+04:00)

Son vaxtlar dağıdıcı müxalifətin xaricdən maddi və mənəvi dəstək alan funksionerləri sosial şəbəkələrdə dezinformasiya xarakterli statuslar paylaşır, özlərinə yaxın saytlarda insanların heysiyyatına toxunan açıqlamalar verirlər. Bu istiqamətdə “Milli Şura”nın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, “Şura”nın üzvü Tofiq Yaqublu və digərləri xüsusi fəallıq göstərirlər. Görünən ondan ibarətdir ki, T.Yaqublu adlı məxluq daha çox söyüş ritorikasından istifadə edir, bəzən də məhkəmə hüquq sisteminin ünvanına ağ yalanlar səsləndirir. Bununla yanaşı, T.Yaqublu Qarabağdakı ermənilərə statusun verilməsi kimi cəfəng ifadələr qeyd edir. Bu isə onu bir daha təsdiq edir ki, T.Yaqublu erməni lobbisi tərəfindən kifayət qədər maddi yardımlar alır. Əks halda ya bu adam dəlidir, ya da ki həqiqətən də xarici agenturanın, xüsusilə də, erməni lobbisinin əlaltısıdır. İnandırıcı deyil ki, ağlı başında olan, təmiz, vicdanlı, vətənpərvər azərbaycanlı “Zəngəzur dəhlizi Azərbaycan dövlətinin avantürasıdır” və ya “Bölgədə sabitliyin yaranması üçün Azərbaycan dövləti Qarabağdakı ermənilərə status verməlidir” açıqlamalarını verə bilməz. Kimsə inana və qəbul edə bilərmi bu dövlətdə doğulan, böyüyən və geniş imkanlara sahib olan insan 2023-cü il iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində keçirilən toplantısında iştirakçıların Fransanın müstəmləkə siyasətini tənqid edən mövqeyinə qarşı çıxa bilər? Bəli, belə bir azərbaycanlı var - T.Yaqublu. Nəzərə almaq lazımdır ki, iyulun 6-da Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında hazırda mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar. Sonda bəyanat qəbul edilib. Bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər. Söz yox ki, qəsbkar, müstəmləkə siyasəti aparan, ermənilərə hərbi, siyasi dəstək göstərən Fransa haqqında Bakıda qəbul edilən qərar demokratik düşüncəli dünya xalqlarının ürəyincədir. Bu qərar Makronu, Koçaryanı, Paşinyanı, Sarkisyanı, Ohanyanı qane edə bilməz, necə ki, etməyib. T.Yaqublunun da sözügedən ünsürlərlə həmrəylik nümayiş etdirməsi onun ağlında və düşncəsində ciddi problemlərin olduğunu təsdiqləyir. Açıq şəkildə demək olar ki, T.Yaqublu adlı məxluq dəlidir. Onu Maştağada yeləşən dəlixanada müalicəyə yerləşdirməklə, həm onun özünü, həm ailəsini, həm də çevrəsini gözlənilən daha ağır fəsadlardan qorumaq olar. Nədən ki, bu məxluq heç zaman normal geyimdə və durumda olmayır. İkincisi, danışarkən söyüş və təhqir elemetlərindən istifadə edir. Üçüncüsü, fikirlərini cibində gəzdirdiyi kağız parçasına baxmaqla ifadə edir. Dördüncüsü, deyilənlərə görə, T.Yaqublu hər zaman cibində soyuq silah gəzdirir. Məhz dördüncü variant təhlükəli davranışları arasında ən ağırı hesab oluna bilər. Yəni, bu məxluq istənilən an soyuq silahından başqalarına qarşı xəsarət yetirmək üçün istifadə edə bilər. Bu baxımdan, məsləhət görərdik ki, KİV nümayəndələri onunla təmasda bir qədər ehtiyatlı olsunlar. Digər tərəfdən, asayişi qoruyan, insanların sağlamlığının və təhlükəsizliyinin keşiyində duran polis T.Yaqublunun kütlə arasına daxil olmasından öncə ciblərini yoxlasa daha yaxşı olar. Deyilənlərə və yazılanlara görə, iki formada dəli olur - passiv və aktiv. Yenə də deyilənlərə və yazılanlara istinadla demək olar ki, passiv dəlilər daha qorxulu olurlar. Yəni, bir anda passiv dəlilərin beyni çönə və ətrafında olanlara ciddi xəsarətlər yetirə bilərlər. Nəzərə almaq lazımdır ki, T.Yaqublu törətdiyi cinayət əməllərinə görə, həbsxana həyatı yaşayıb. Həbsxanada ciddi psixoloji sarsıntılar keçirib. Halbuki, azadlığa çıxdıqdan sonra da yaşadığı təlatümlü problemləri aradan qaldırmaq mümkün olmayıb. Müxtəlif vaxtlarda qeyri-etik ifadələri işlətməsi, söyüşlər söyməsi, yersiz hərəkətlərə yol verməsi, şər və böhtanlar səsləndirməsi məhz keçirdiyi və hələ də sağalmayan psixoloji sarsıntılarının nəticəsidir. Əminliklə demək olar ki, T.Yaqublu Q.İbadoğlunun FETO-nun əlaltısı olduğunu və saxta pulları dövriyyəyə buraxdığını anlayır. Sadəcə, psixoloji vəziyyəti reallıqları olduğu kimi ifadə etməyə imkan vermir. Digər tərəfdən, xarici maraqlı qüvvələrdən aldığı tərbiyə də onu bu məsələdə fərqli yanaşma ortaya qoymağa məcbur edir.

İ.ƏLİYEV