"Yeşilçam"ın məşhur aktyoru dünyasını dəyişib - FOTO

26 İyul 2023 13:11 (UTC+04:00)

Uzun müddətdir şəkər xəstəliyi ilə mübarizə aparan və Balıkəsirdə Ekşidərə kənd məhəlləsindəki evində xəstələnən Yaşar Yağmur Gönen Dövlət Xəstəxanasına aparılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yağmur daha sonra aparılan analizlər nəticəsində yüksək qan təzyiqi səbəbi ilə Bandırma Təhsil və Araşdırma Xəstəxanasına sövq edilib.

Reanimasiya şöbəsinə yerləşdirilən Yağmur infarkt keçirərək dünyasını dəyişib, bütün səylərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Evli və 3 uşaq atası olan usta aktyor bir çox "Yeşilçam" filmində rol alıb. “Bu dünya”, “Həzrəti Yusif”, “Yuvasız quşlar”, “Ata ataları” və “İsrafsızlar” filmləri ilə tanınan aktyor 35 filmdə rol alıb.

Qeyd edək ki, aktyor 1949-cu ildə Tekirdağ Şarköydə anadan olub. Perihan Yağmurla evli olan, Demir Yağmur, Damla Arı və Cenk Yağmur adlı 3 övladı olan aktyor 35-ə yaxın "Yeşilçam" filmində rol alıb.