Aysel yeni mahnısını təqdim edib

26 İyul 2023 05:39 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, "Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) illər sonra yeni mahnısını təqdim edib. O, həm sözləri, həm də musiqisi Aytən Əliyevaya aid olan "Воплощение мечты" adlı kompozisiyanı ifa edib. SİA xəbər verir ki, 34 yaşlı məşhur dünən məclislərin birində səhnəyə çıxaraq sözügedən mahnını səsləndirib.

Qeyd etmək lazımdır ki, bu, Ayselin müğənnilik karyerası ilə vidalaşmasından sonra səhnədə ilk çıxışıdır. Odur ki, Ayselin bu addımını onun səhnə həsrətinə son verilməsi kimi qiymətləndirmək olar.

Məlumat üçün bildirək ki, Aysel 2012-ci ildə Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurduqdan sonra karyerasına son verib. İddia olunur ki, həyat yoldaşı Ayselin müğənnilik fəaliyyətini davam etdirməsini istəməyib. Onun məşhur musiqiçidən 3 övladı var. Aysel səhnədən uzaq qaldığı dövrlərdə övladlarını böyütməklə məşğul olub.