Bəyin keçəl olması toyu qarışdırıb..?

26 İyul 2023 00:43 (UTC+04:00)

Hindistanda keçirilən toy mərasimi əlbəyaxa dava ilə başa çatıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, toy günü gəlinin qohumları olan qadınlar keçəl başını gizlətməyə çalışan bəyə yumruqla hücum ediblər.

Hər şey nəyinsə səhv olduğundan şübhələnən gəlinin qohumunun qəfildən bəyin parikini qoparmasından sonra baş verib.

Bundan sonra gəlinin ailəsi bəyi təhqir etməyə və onu döyməyə başlayıblar.

Məlum olub ki, münaqişəyə həm də bəyin əvvəllər evli olması səbəb olub.

Qeyd edilir ki, gəlinin qohumları hüquq-mühafizə orqanlarının müdaxiləsi olmadan kənd rəhbərliyinə də şikayət ediblər.

Nazlı