İyulun 26-da saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilib.
Nəzərə çatdırılıb ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər iyulun 31-də saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.