Aktyor, teatr xadimi və kinorejissor Mixail Məmmədov dünyasını dəyişib.
“Моsкоvskiy Коmsомоles” “Şot”-a istinadən xəbər verir ki, o, 72 yaşında Moskvada vəfat edib.
Məlum olduğu kimi, “Sınıq fənərlər küçələri”nin (“Улиц разбитых фонарей”) direktoru ötən bazar ertəsi, iyulun 24-də Moskvanın Rijski proyezdindəki klinikaya planlı qəbula gələrkən qəfil infarkt keçirib.
Mədəniyyət xadiminə təcili yardım çağırılıb, lakin həkimlər onu xilas edə bilməyiblər: o kəskin ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Dərbənddə doğulan Mixail Məmmədov bir sıra beynəlxalq və Rusiya festivallarının laureatıdır.
O, 1975-ci ildə Voronej Dövlət İncəsənət İnstitutunu, 1981-ci ildə GİTİS-in rejissorluq fakültəsini bitirib. 1986-1988-ci illərdə Mayakovski adına teatrda çalışıb. 1995-2000-ci illərdə “Ay Teatrı”na çevrilən Komediya Teatrının tam ştatlı direktoru olub.
Məmmədov Rusiya, Almaniya, Türkiyə, Bolqarıstan, Macarıstan və Belarusda tamaşalar nümayiş etdirib, həmçinin “Sınıq fənərlər küçələri – 8”, “Web-1”, “Ödəniş", "Bu həyatdır" və "Qəzəbli, qəzəbli, quduz ..." kimi serial və filmlərə quruluş verib.
Nazlı