Duzlu qidalarla arıqlamaq olarmı?

25 İyul 2023 21:17 (UTC+04:00)

Uzun müddətdir ki, sosial mediada süfrə duzunun həzm sisteminə əhəmiyyətli təsir göstərə biləcəyi, kalorilərin udulmasına mane ola biləcəyi barədə fikirlər dolaşmaqdadır.

Məsələ bundadır ki, SİA-nın da əldə etdiyi məlumata görə, bu halda orqanizm artıq çəki almır - hətta yağ və şəkərlə zəngin qidalar qəbul edərkən belə.

Yeri gəlmişkən, gəmiricilər üzərində belə bir araşdırma ABŞ-ın Qida Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Belə ki, təcrübənin ilkin məqsədi qidada yüksək miqdarda duz və yağın olmasının siçanların - insanlar kimi - iştahlarına nəzarəti itirməsinə, lazım olduğundan daha çox yeməsinə və kökəlməsinə səbəb olması fərziyyəsini yoxlamaq idi.

Lakin təcrübə zamanı bunun tam əksi üzə çıxdı. Gəmiricilər balanslaşdırılmış qida ilə qidalanırdılar. Sonda yağlı və çox duzlu qidalar yeyənlər ən az çəki qazanaraq təxminən beş qram çəki artırmışdılar.

Maraqlıdır ki, bir müddət bundan əvvəl qidalanma mütəxəssisi Elena Solomatinadan yuxarıdakı araşdırmanın nəticələrinin aktual olub-olmaması barədə soruşulub. Və əgər alimlərin nəticələri doğrudursa, niyə hamı duzdan qorxur?

Siçanların orqanizminin insanlarınkından fərqli olmasını bildirən həkim “belə yemək yeyirsinizsə, nəinki arıqlaya bilərsiniz, həm də xroniki xəstəliklər qazana bilərsiniz”-deyə bildirib.

Nazlı