"Bayraktar" PUA-larının döyüş meydanındakı uğurları dünya, o cümlədən ABŞ mətbuatında təhlil olunur. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
ABŞ-ın “Al Monitor” informasiya saytında dərc olunmuş analitik yazıda Türkiyə PUA-larının uğurlarını real qarşıdurmalarda sübut etdiyi vurğulanıb.
Bildirilib ki, dünyanın bir çox ölkəsinə ixrac edilən bu pilotsuz uçuş aparatları müharibə və sülh şəraitində xidməti ilə diqqət çəkir. Türkiyənin müdafiə və aerokosmik ixracatında xüsusi yer tutan PUA-lar, nəhayət Səudiyyə Ərəbistanında da görünməyə başlayıb.
“Baykar pilotsuz təyyarələri Ukraynadan Liviyayadək niyə bu qədər populyardır?” sualına cavab axtaran “Al Monitor” onların Ukrayna, Qarabağ, Liviya, Suriya, İraq, Efiopiya və Somali kimi münaqişə zonalarında istifadə edildiyini xatırladır.
Yazıda, həmçinin vurğulanıb ki, Türkiyə PUA-ları ABŞ və digər Qərb istehsalı olan pilotsuz təyyarələrlə müqayisədə daha qənaətcildir. Eyni zamanda, Çin və ya İranda istehsal edilən qeyri-Qərb sistemlərindən üstün olduğunu təsdiqləyib.