Frans Press Agentliyinin əməkdaşı Ukraynada yaralanıb

24 İyul 2023 22:48 (UTC+04:00)

Frans Press Agentliyinin jurnalisti, amerikalı Dilan Kolins Rusiya-Ukrayna müharibəsində yaralanıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Qeyd olunub ki, jurnalist Artyomovsk vilayətində Ukrayna hərbçilərinin mövqelərini lentə alarkən çoxsaylı qəlpə yaraları alıb.

Dilan ən son Livan və Suriya üzrə videoreportaj koordinatoru kimi çalışıb.

Onun müalicəsi xəstəxanada davam etdirilir.

Agentliyin rəhbərliyi insidentin baş vermə şəraitini araşdırır.