Müğənni təyyarə biletlərinin bahalığından gileylənib

24 İyul 2023 03:49 (UTC+04:00)

Müğənni Elvin Abdullayev təyyarə biletlərinin bahalığından gileylənib. SİA xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkədə yazıb. O bildirib ki, Azal yay aylarında bilet qiymətlərini daha da yüksəldib.

Bilet bahalığından heç yerə istirahətə gedə bilmədiyini vurğulayan Elvin "Azal sağ olsun. Qiymətləri o qədər "aşağı endirib ki" bu yay bir yerə çıxa bilmirik" deyə, paylaşımına əlavə edib.