Tanınmış aktyor oteldə huşsuz vəziyyətdə tapıldı

23 İyul 2023 04:44 (UTC+04:00)

Məşhur aktyor Conni Deppdən xəbər var. SİA xəbər verir ki, ulduz ötən gün qaldığı oteldə huşsuz vəziyyətdə tapılıb.

Xarici medianının yaydığı məlumatlara əsasən, Conninin bu hala düşməsinə səbəb yüksək dozada narkotik maddə qəbul etməsi olub. Nəticədə o, komaya düşüb. Baş verən xoşagəlməz hadisədən sonra aktyorun Macarıstanın paytaxtı Budapeştdəki çıxışı ləğv edilib.