IV Sənaye İnqilabı, innovasiyalar əsaslı müdafiə sənayesi - Süni zəka, robotlar və robotexnika…

22 İyul 2023 09:18 (UTC+04:00)

Yaşadığımız yeni minilliyin təbii insan düşüncələri ilə ortaya çıxardığı süni zəka fenomeni lV sənaye inqilabının fövqündə bəşəriyyətin tarixində innovasiyalar əsaslı texnoloji inqilabın, o cümlədən müdafiə sənayesi yönlü müasir ağıllı həllərin geniş tədbiqi, onun kuliminasiya nöqtəsi də hesab oluna bilər. Burada “süni zəka” qavramı, insan kimi düşünəbilən, onu təqlid edərək kompüterləşdirilmiş proqramlar ilə idarə olunan elektron maşın və robot texnologiyalarının yaradılmasını öyrənən elmin bir sahəsinə aid edildi. Bu elm praktik və nəzəri olaraq, özəlliklə də müdafiə sənayesi seqmentində “süni zəka” məsələlərini bir tərəfdən informatika və hesablama riyaziyyatına, digər tərəfdən müasir silah, sursatların və elecə də hərbi təyinatlı roobotların yaradılmasına, mülki məslələrdə isə neyrofiziologiyaya və psixologiya elminin daha da dərinliklərinə işlımiş oldu. Əsas hədəf süni zəkanın elmi yönlərinin öyrənilməsi, onun elmə məlum olan tədbiqi sahələrinin tədqiq olunması və xüsusilə hərbi sferada innovasiyalar əsaslı müdafiə sənayeyə dərindən inteqrasiyasına çalışmaq olmuşdur. Bu tədqiqi istiqamətlərin özü də əsasən ikiyə bölünür.

1. Tətbiqi süni zəka - burada, xüsusi texniki tapşırıqlarla insan təfəkkürünün təqlid edilməsinin kompüterlərlə proqramlana bilməsi.

2. Ümumiləşdirilmiş süni zəka isə - maşın təfəkkürünün insan zəkası kimi məşğul olabilmə qabiliyyətinin dərindən inkişaf etdirilməsi kimi üstün dərrakə tələb edən strateji məsələlər hədəflənir.

Tarixə ekskursiya etdikdə görürük ki, süni zəka, robot və robotexnika texnologiyaları sənayedə insan faktorunun, o cümlədən onların fiziki əməyinin azaldılması məqsədilə təməli ən qədim zamanlardan düşünülərək qoyulmuşdur və bu gün də innovativ texnologiyalar yönündə inamla inkişaf etdirilən ən aktual layihələrdə, əsasən də müdafiə sənayesi sferasında geniş tədbiq edilən ağıllı texnoloji həllərə yönəldilmişdir.

Bir daha qeyd edək ki, binayi-qədimdən insanlar özləri yox, öz yerlərinə başqalarını işlətməyi tərcih etmişlər və bu yanaşmalarla da başlanğıcda qul əməyindən, bir neçə əsrlər sonra, bu günün lV sənaye inqilabı ilə gəlişən və onları əvəz edən robotlar və digər avtomatlaşdırılmış ağıllı sistemlərdən hərtərəfli istifadəni gündəmə gətirmişdir.

İllər keçdikcə robot sözünün mənası dəyişdirilmiş və bu sözün mənşəyi ilk dəfə olaraq çexiya yazıçısı Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmiş, 1921-ci ildə, Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni hazırlanmış insana oxşar və onu təqlid edən bir işçini təsvir etmiş, daha sonralar isə robot sözü müxtəlif yönlü avtomatlaşdırılmış sistemlərdə, ağıllı maşın və mexanizmlərdə tədbiq olunaraq bu sferaya aid edilmişdir.

Robot sözü, çex dilində "robota" yəni işləmək, o cümlədən stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən qurğu və maşınlara deyilmişdir. Bu maşınlar, konkret onlara verilmiş proqramlar əsasında süni zəka ilə intellektual işləri yerinə yetirən elmin gələcək yönlü yeni bir icadı idi. Robotexnika - ağıllı robot texnologiyalarının dizayn edilməsini, qurulmasını və idarə edilmə metodlarını öyrənən, onun innovasiyalar əsaslı yeni texnoloji tərəqqini özündə ehtiva edən aktual bir sferasıdır. O, həmçinin bəlli bir informasiyanın emalı üçün kompüterin düşünülmüş süni zəka ölçüləri ilə inteqrə olunmuş proqressiv və innovativ sistemlərin mükəmməl tamamıdır. Dünyanın bir çox ölkələrində robotlar və robototexnika sahəsi elmin digər sahələrnin inkişafına da mühüm töhvələrlə böyük təkan vermiş, bu da öz növbəsində total sənayenin, o cümlədən innovasiyalar əsaslı müdafiə sənayesinin sürətlə avtomatlaşdırılmasına və eləcə də ağıllı həllərin bu sferada geniş tədbiqinə gətirib çıxartmışdır. Günümüzdə də robotlar və robototexnika layihələri bir çox sənaye, məişət və sosial problemlərin həlli üçün əvəzolunmaz innovativ həllər olaraq qalır. Beləliklə dünyada robotlarla bağlı, onların son inkişaf trendlərinin izlənildiyi bir vaxtda bu sferada yeni-yeni iddialar ortaya qouylur və burada hər kəsə açıq olmayan gizli və hərbi mahiyyətli elmi - tədqiqat layihələrli hansı ki, dünənə kimi fantaziyalar sayılırdı, bu gün isə lV sənaye inqilabı reallıqlarında yeni gerçəkliklərə çevrildilər. Belə ki, ABŞ-ın Harvard Universitetinin Viss İnstitutu və Tuftsdakı Allen Araşdırmalar Mərkəzində aparılan təcrübələrdə robotların “mitoz” (canlılıarda çoxalmanı öyrənən elmin bir sahəsi) yolu ilə çoxaldılması iddia olunur. Bu uğurlu təcrübə dünya tarixində innovativ sənayedə gəlişən layihələr yönümdə bir ilk kimi qeydə alınıb. Tədqiqatçılar robotların təkbaşına çoxalmasını təmin etmək üçün qurbağa hüceyrələrindən istifadə edildiyini bildirirlər. Həmçinin, burada robotların bu təcrübədən uğurla çıxıdıqları və özlərini uğurla çoxaltmağı bacarıdıqları iddia olunur. Amma bəzi elm adamları və ekspertlərə görə, bu iddia olunan uğur, innovativ yenilik bəşəriyyət üçün eyni dərəcədə faydalı da olmaya bilər. Yəni ən son texnoloji tərəqqi və durmadan bir ilk yeniliklərə imza atılmaqla ortaya qoyulan innovativ layihələr gözləri başqa arzuolunmayan səmtə də yönəldə bilər. Belə ki, Amerikada aparılan tədqiqatlarda robotlara, hətta onların silahdan istifadə etmə məharəti öyrədildiyi və bundan da əlavə, başqa bir araşdırmalarda bir az da irəli gedilərək robotlara riyazi məsələlərin həll edilməsi, riyazi proqramlamalar və digər önəmli hüsusların öyrədildiyi də iddia olunur. Odur ki, sui-qəsd nəzəriyyəçiləri bu baş verən yeniliklərin insanlar və robotlar arasında müharibəyə gətirib çıxaracağını da iddia edirlər və robotlarla bağlı yeni gəlişmələr bu təhlükəli inkişaf ənənələrinin gələcək prespektivini də riskli məsələlərə aid etmiş olur. Hətta bu istiqamıtdə həyata keçirilən layihələr o həddə çatdırılıb ki, nəzəriyyəçi ekspertlər sözügedən robotlarla müharibəyə əvvəlkindən daha yaxın oldunğunu iddia edirlər.

Bu yöndə aparılan elmi tədqiqatlardan göründüyü kimi robotların təyinatları fərqli və geniş çeşidli olur. Belə ki, 1983-cü ildə Yaponiyada 47 000 adda tətbiq olunmuş robotların 3000-i bu ada heç uyğun görülməmişdir. Həmçinin də ABŞ-la Almaniyanın bu sferada inkişaf etdirilmiş xüsusi robot İnstitutlarının da öz aralarında tədbiq etdikləri texnoloji standartlar baxımından kəskin fərqlənirlər.

Nəticədə, bu gün süni zəkanın geniş tədbiqi ilə müşaiət edilən proqressiv layihələr, artıq milyardlarca atomdan kiçik və ya atomaltı hissəciklərdən ibarət olan sistemlərin davranışlarını modelləşdirərək təxmin ediləbilir, o cümlədən kvant fizikasından tutmuş pasiyentlərin gen məlumatlarına və eləcə də innovasiyalar əsaslı inkişaf etdirilməkdə olan müdafiə sənayesi sferasına qədər uzanıb gedən çağdaş texnologiyaların yeni və ağıllı nailiyyətlərini əhatə edir.

Əflatun Məmmədov,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert