Aytaç Şaşmazın yeni layihəsi bəlli olub

22 İyul 2023 04:49 (UTC+04:00)

"Netflix"də yayımlanan "Zeytin ağacı" filminin ikinci hissəsinə yeni aktyor daxil olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Aytaç Şaşmaz rol alacaq.

O, layihədə "Diyar" obrazına həyat verəcək.

Qeyd edək ki, filmin baş rollarını Tuba Büyüküstün, Murad Boz, Seda Bakan, Boncuk Yılmaz paylaşır.