Narkotikə öyrəncəli köpək balıqları..?

21 İyul 2023 20:25 (UTC+04:00)

Florida sahillərində yaşayan köpək balıqları okeana atılan kokain paketlərini yeyə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Post” məlumat yayıb.

Məsələ bundadır ki, narkotik qaçaqmalçıları Amerika sərhəd patrullarının yaxınlaşdığını hiss edəndə narkotiktən qurtulmaq üçün onu dənizə atırlar.

Maraqlıdır ki, bunlara diqqət şəkilən dəniz bioloqu Tom Heard “Discovery Channel” üçün “Kokain köpəkbalığı” adlı sənədli serial çəkməyə qərar verməsi ilə nəticələnib. Belə ki, o, Florida Universitetinin ətraf mühit üzrə alimi Traci Fanaroy ilə birlikdə Florida Keys yaxınlığında bir neçə heyvan təcrübəsi həyata keçirib.

Qeyd edək ki, suyun altında olarkən onlar bəzi köpəkbalıqlarının qeyri-adi davrandıqlarını görüblər. Məsələn, adətən insanlardan qaçan çəkic başlı köpəkbalığı bu dəfə birbaşa onlara tərəf üzüb.

Üstəlik, 20 metr dərinlikdə üzən qum köpəkbalığının dairəvi hərəkətləri müşahidə edilib. Daha sonra tədqiqatçılar kokain paketlərinə bənzəyən çantaları suya atmaq qərarına gəliblər.

Məlum olub ki, yırtıcılar dərhal onlara tərəf üzərək dişləməyə başlayıblar. Qeyri-qanuni maddələrin bu ekosistemə necə daxil olduğunu anlamaq üçün Fanaroy və Heard təyyarədən imitasiya kokaini atıblar.

Təbii ki, yırtıcıların narkomanlığı barədə nəticə çıxarmaq hələ tezdir, amma alimlər daha çox təcrübə aparmalı olacaqlarını istisna etmirlər.

Ağasəf Babayev