Dr.Mehriban Əmirova İtaliyada şəhərində master-klassda iştirak edib

21 İyul 2023 15:46 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.u.f.d. Mehriban Əmirova 20 iyul 2023-cü il tarixində Italiyanın Turin şəhərində Mauriziano Hospitalin təşkilatçılığı ilə keçirilən “Ginekologiyada lazer tətbiqi” mövzusunda master-klassda iştirak edib. SİA xəbər verir ki, İtaliyanın məşhur mərkəzlərindən biri sayılan Mauriziano Hospitalın aparıcı mütəxəssisləri tərəfindən iştirakçılar üçün master-klassda məruzələr oxunmuş və canlı əməliyyatlar nümayiş etdirilmisdir. Həmçinin, ginekoligiyada istifadə olunan müasir üsullardan biri olan lazerin qadın xəstəliklərinin müalicəsində tətbiqi barədə təcrübələr bölüşülüb, bu sahənin yenilikləri, uğurları, problemləri haqqında müxtəlif çıxışlar və geniş müzakirələr aparılıb. İştirakçılar tərəfindən maraqla qarşılanan bu mövzular ətrafında qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.