Dünyaca məşhur ulduz Emin Ağalarova mesaj ünvanlayıb

21 İyul 2023 04:49 (UTC+04:00)

Dünyaca məşhur ulduz Nikol Şerzinger Xalq artisti Emin Ağalarova mesaj ünvanlayıb. SİA xəbər verir ki, sözügedən videonu E.Ağalarov "Instagram" hesabında yayımlayıb.

Emin bildirib ki, 2024-cü ildə işıq üzü görəcək albomunda məhz Nikol da yer alacaq.

Dünya ulduzu isə Emin Ağalarov üçün darıxdığını və tezliklə görşəcəklərinə ümid etdiyini deyib.