Rusiyalı məşhur müğənni Olqa Buzova etiraf edib ki, dostları və keçmiş həyat yoldaşları şanslı olublar. Çünki müğəni çox danışan deyil və sirr saxlamağı bacarır. SİA xəbər verir ki, bu barədə "Star Hit" məlumat yayıb.
"Mənim haqqımda danışmağı, nəyə sahib olduğumu və necə olduğunu söyləməyi xoşlayırlar. Və burada susuram və indiyə qədər çox şey söyləməmişəm.", - sənətçi onları sirr açmaqla hədələyib.
Buzova vurğulayıb ki, keçmiş əri Dmitri Tarasov əvvəllər də sənətçini əsəbiləşdirib və indi heç bir səbəb olmadan tez-tez özünü xatırladır.
O, futbolçunu onun adından istifadə edəkdə ittiham edib: "O, həqiqətən məndən imtina etdi, evliliyimizin səhv olduğunu söylədi, məni təhqir etdi, gözdən salmaq üçün üstümə şər atdı. Piardan bezdiyini deyən şəxs sosial şəbəkədə hər şeyi ifşa edir. Yəni sıravi ictimai olub. Necə deyərlər, əhatən səni yüksəltməz".
Xatırladaq ki, Buzova və Tarasov 2012-ci ildə evləniblər, 2016-cı ildə isə boşanıblar.