Əməkdar artist Rüfət Babayev vəfat edib

20 İyul 2023 01:49 (UTC+04:00)

Dövlət “Qaya” ansamblının direktoru, əməkdar artist Rüfət Babayev vəfat edib. SİA xəbər verir ki, bununla bağlı xalq artisti Cəmil Əmirov sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, Rüfət Babayev Rusiyanın Moskva şəhərində ürək tutmasından dünyasını dəyişib.

Rüfət Babayev “Qaya”nın mərhum bədii rəhbəri, xalq artisti Rauf Babayevin oğludur.

Allah rəhmət eləsin.