Antalyaya gələn turistlərin sayı 7 milyonu keçib

19 İyul 2023 18:54 (UTC+04:00)

Cari il Antalyaya hava yolu ilə gələn turistlərin sayı 7 milyon 37 min 883 olub. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Vali Ersin Yazıcı sosial media hesabında Antalyanın dünya turizmində cazibə mərkəzi olmağa davam etdiyini paylaşıb.

Müxtəlif ölkələrdən gələn turistlərin şəhərdə istirahət etdiyini bildirən Ersin Yazıcı “Yaşılın mavi ilə, mavinin tarixlə qovuşduğu ölkəmizin turizm paytaxtı Antalyaya beynəlxalq xətlərdən gələn turistlərin sayı dünəndən etibarən 7 milyon 37 min 883-ə çatıb” deyib.