MİQ üzrə müsabiqənin test imtahanlarının nəticələri açıqlanıb

19 İyul 2023 14:04 (UTC+04:00)

11-15 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.