Amerikalı aktrisa Sofiya Vergara və aktyor Co Manganiello yeddiillik evlilikdən sonra boşanmaq qərarına gəliblər. SİA xəbər verir ki, bu barədə cütlük açıqlama yayıb.
“Boşanmaq üçün çətin qərar qəbul etdik. Bir-birimizi çox sevən və qayğı göstərən iki insan olaraq, həyatımızın bu yeni mərhələsinə qədəm qoyduğumuz müddət ərzində şəxsi həyatımıza hörmətlə yanaşmağı nəzakətlə xahiş edirik”, - açıqlamada deyilir.
“Daily Mail” nəşri ər-arvadın yaxınlarına istinadən yazır ki, onların boşanmasına səbəb aktrisanın alkoqol asılılığıdır.
Xatırladaq ki, cütlük 2015-ci ildə ailə həyatı qurmuşdu.