“Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib

19 İyul 2023 13:35 (UTC+04:00)

Bu gün - 19 iyul tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri Bəxtiyar Sadıqov, Sahib Alıyev, ARB kanalının rəhbəri Mirşahin Ağayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, QMİ sədrinin müavini Bəxtiyar Rəcəbov çıxış ediblər.

Konfransı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı giriş sözü ilə açaraq cəmiyyətin həyatında medianın mühüm roluna diqqət çəkib, dindən sui-istfadə edənlərdən nümunə çəkərək burada Azərbaycan mediasının maarifçilik rolundan bəhs edib.

Mətbuat Şurası sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Mediada dini mövzularda manipulyasiyalar” mövzusunda təqdimatla çıxış edib, media savadlılığından, sosial mediada milli, ənənəvi ideyaları, dəyərləri məhv edən ideologiyaların cərəyan etməsi barədə qonaqları məlumatlandırıb.

Daha sonra Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Real TV-nin baş direktoru Mirşahin Ağayev, millət vəkli Sahib Alıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov mövzu ilə bağlı fikirlərini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı sual verən və fikirlərini bildirən jurnalistləri dinləyib, onların suallarına cavab verib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.