Müğənni Günel Zeynalova saç düzümündə dəyişiklik edib. SİA xəbər verir ki, o, yeni imicdə fotolarını "İnstagram" hesabında paylaşıb.
İzləyicilərindən biri Günelin yeni görüntüsünə təhqiredici sözlər yazıb.
Sənətçi ona "Meymuna dönmüsən" sözünü yazan izləyicisini paylaşaraq "Bu da dəyişik beyinli, saxta profil sahibi. Məni izləmədiyi halda mənə yazır. Mənim üzümdən sənə nə? İşinizə baxın, gəldiyiniz səhifəyə gedin. Allahın yaratdığı, o da olsun. Hamımız meymundan yaranmışıq. Siz necə bir meymunsunuz maraqlıdır. Mənim ürəyim, gözlərim gözəldir" cavabını verib.