Aysel Teymurzadə rus dilində yeni mahnı yazdırıb

18 İyul 2023 06:48 (UTC+04:00)

Ailə qurduqdan sonra sənətdən gedən Avroviziya 2009 təmsilçimiz Aysel Teymurzadə rus dilində yeni mahnı yazdırıb. SİA xəbər verir ki, bu barədə Aysel instaqramda məlumat yayıb. O bildirib ki, "Воплощение мечты" adlı kompozisiyanın həm sözləri, həm də musiqisi Aytən Əliyevaya aiddir. Mahnı bu yaxınlarda yutubda təqdim olunacaq.

Qeyd edək ki, Xalq artisti Murad Adıgözəlzadə ilə evli olan sənətçinin 3 övladı var.