İngiltərədəki serial manyakın kimliyi müəyyən edilib?

17 İyul 2023 00:58 (UTC+04:00)

...1880-ci illərin sonlarında Londonda yoxsul vətəndaşları və əxlaqsız qızları ovlayan təhlükəli qaniçən qatil fəaliyyət göstərirmiş.

İngiltərədə demək olar ki, əsr yarımdan sonra onun kimliyini müəyyən etməyə nail olublar.

Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, London polisinin araşdırmaçılarından biri 19-cu əsrin sonlarına aid tibbi sənədləri təhlil edərək, epilepsiya, paranoyya və alkoqolizmdən əziyyət çəkən kişilərdən birinin psixoloji profilinə diqqət çəkib. Qeyd edək ki, bu adamın adl Hyam Hyams olub.

Araşdırmalara görə, qurbanların ifadələrinə məhz o uyğun gəlir. Söhbət boy, yaş və bədən quruluşuna görə uyğunluqdan gedir. Bundan əlavə, Hyamsın qətllərin baş verdiyi ərazidə yaşaması və peşəsinə görə bıçaqla yaxşı davranışı da bunu deməyə əsas verir.

Onu da qeyd edək ki, indiyədək bu məsələ ilə bağlı tam araşdırma aparılmayıb, çünki xəstələrin tibbi sənədləri 2015-ci ilə qədər məxfi saxlanılıb.

Maraqlıdır ki, Hyam Hyams əvvəllər şübhəlilər siyahısında olub, lakin sonra o, “yanlış tanındığı” üçün qovulub.

Ağasəf Babayev