Tayvan sahillərində dalğıclar “qiyamət balığı” və “zəlzələ balığı” kimi tanınan nəhəng dərin dəniz avarlı balığına rast gəliblər.
Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, dənizin lap səthində bu növ üçün xarakterik olmayan nəhəng balıq tapıldığı qeyd edilir.
Dalğıclar balığının dayaz suda üzərək öldüyünü təxmin etdilər. Qeyd edək ki, ölmüş balığın bədənində Braziliya parlaq köpəkbalığının dişləmələrinə bənzər bir neçə təzə çapıq görüntüləri aşkar edilib.
Təbii ki, bunlar öz yerində, amma...
...Amma yerli sakinlərin fərqli, o qədər də prozaik olmayan versiyası irəli sürüblər. Onlar əmindirlər ki, bölgədə zəlzələ baş verəcək, çünki avarlı balıqlar həmişə kataklizmdən bir qədər əvvəl səthə çıxırlar.
Yeri gəlmişkən, “qiyamət balığı” forma və ölçüyə görə dəniz ilanına bənzəyir. Belə ki, bəzi hallarda onların uzunluğu hətta 11 metrə də çata bilir və yapon mifologiyasında zəlzələlərin eləcə də bəlaların xəbərçisi hesab olunur.
Ağasəf