Cinayətkar təşkilatın üzvü çıxan ərindən boşandı

16 İyul 2023 03:50 (UTC+04:00)

"Yaz şarkısı" serialında rol alan aktrisa Nilsu Berfin Aktaş şəxsi həyatı ilə gündəmə gəlib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu gün həyat yoldaşı Serdar Sertçeliklə razılıq yolu ilə boşanıb.

Cütlüyün biri-birindən heç bir tələbi olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Sərdarın cinayətkar təşkilatın üzvü olduğu ortaya çıxmışdı. Cütlük uzun müddətdir ayrı yaşayırdı.