22:0 hesablı qələbə

15 İyul 2023 23:52 (UTC+04:00)

İtaliya A seriyası təmsilçisi "Sassuolo" yoxlama oyununda 22 qol vurub.

SİA Qol.az-a istinadən xəbər verir ki, komanda "Real Vicenzo"nun akademiyası ilə qarşılaşıb və 22:0 hesabı ilə qalib gəlib. "Sassuolo"nun qollarının Mulattieri (5), Thorstvedt (4), Bajrami (3), Antiste (3), Pinamonti (3), Berardi (2), Kuriakopoulos və Enrike vurublar.

Qeyd edək ki, "Sassuolo" ötən mövsüm A seriyasını 45 xalla 13-cü pillədə başa vurub.