“...Məhəbbətin ləzəti elə ZAQS-ın kəndarına qədərmiş”

15 İyul 2023 22:39 (UTC+04:00)

Bloqer və iş qadını Anna Buzova Telegram kanalında sevgilisi Konstantin Ştrykinlə evlənmək istəmədiyini bildirib. Məsələ bundadır ki, Konstantin onların ilk görüşündən cəmi üç ay sonra ona evlilik təklifi edib və Anna əvvəlcə razılaşsa da, sonra fikrini dəyişib.

Niyə? Sən demə, evli dostlarının danışıqlarını xatırlayıb və ondan nəticə çıxarmaq istəyib.

Belə ki, Anna ərə gedən “podruqa”larının macəralarını kifayət qədər eşidib gördükdən sonra.. sən demə, “dəhşətə gəlibmiş”.

Allah rəhmət eləsin, gərək ki, bizim o mərhum yazıçımız Salam Qədirzadənin bir hekayəsində dediyi, “...məhəbbətin ləzəti elə ZAQS-ın kəndarına qədərmiş” deyimini xatırlamış olarsınız. Bax, “toçno” elə...

Hə, bax, Anna da bu deyimin rus variantına diqqət çəkərək ərə getməkdən vaz keçib.

Yeri gəlmişkən, SİA rusiyalı xanımın qarşılaşdığı nəsnələrlə bağlı dediklərini Sizin də diqqətinizə çatdırır: “...Biz artıq elə yaşa çatmışıq ki, cəmiyyətin qoyduğu “məcburiyyət”ə məhəl qoymuruq. Allaha şükür ki, toy oynamağa ehtiyac yoxdur, çünki belə olmalıdır. Düşünürəm ki, bu cür ənənələr bir dəlinin cəfəngiyyatıdır”.

Nə gözəl, nə gözəl...Deyirəm belə dilə yatımlı filosofiya yaxınlarda bizlərə da gəlib çıxar...

Nazlı