Məşhur aktrisa Serenay Sarıkaya uzun saçları ilə vidalaşıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, 31 yaşlı kino ulduzu bu addımı "Netflix" platformasında yayımlanacaq "Kimlər gəldi, kimlər keçdi" layihəsi üçün edib. Layihənin çəkilişlərinə hazırlıqlar artıq başlayıb. Uzun saçlarını çiyinlərinə qədər kəsdirən aktrisa yeni halını 10 milyonluq izləyicisi olduğu instaqramda bölüşüb.
Serenay Sarıkaya yeni serialında hüquq firmasında vəkillik edən Leyla obrazına həyat verəcək. Ömər, Cem və Sarp adlı 3 kişi baş rol ifaçısının çəkildiyi serialda Metin Akdülgerin Ömeri, Hakan Kurtaşın isə Cemi canlandıracağı məlum olub. Ssenarisini Ece Yörençin yazdığı, rejissorluğunu isə Bertan Başaranın etdiyi serialda Sarp obrazını mükafatlı aktyor Ahmet Rıfat Şunqar oynayacaq.