Fənlər üzrə apellyasiya müraciətlərinə start verilib

14 İyul 2023 11:03 (UTC+04:00)

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin informatika, fizika və fransız dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.