Elza Seyidcahan aparıcılığa başlayır

14 İyul 2023 06:11 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahan Xəzər televiziyasında aparıcılığa başlayır. SİA xəbər verir ki, bu barədə əməkdar artistin özü məlumat verib: "Xəzər televiziyasında "Dönə bilsəm" adlı veriliş aparacam. Veriliş yeni mövsümdə həftə içi yayımlanacaq. Çox gözəl layihədir. Artıq verilişin çəkilişləri başlayıb".