Penzada qızılcaya yoluxanların sayı artmaqdadır

13 İyul 2023 22:55 (UTC+04:00)

Rusiya Federasiyasının Penza vilayətinin Srednyaya Yeluzan kəndində qızılcaya yoluxanların sayı sutkada 64 nəfərə çatıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda Srednyaya Yeluzan kəndində qızılcaya yoluxma şübhəsi ilə 64 nəfər müəyyən edildiyi deyilir.

Qeyd edək ki, hazırda 32 nəfərin xəstəxanada olduğu bildirilir. 18 nəfər ambulator müalicədə, 14 nəfər isə sağalaraq evlərinə buraxılıblar.

Bundan əlavə, xəstəlik hallarının Kuznetsk, Neverkino, Penza və Şemışeykada da qeydə alındığı bildirilir.

...Bundan əvvəl Penza vilayətinin Srednyaya Yeluzan kəndində qızılcaya yoluxanların sayının 39-a yüksəldiyi bildirilirdi.

Ağasəf Babayev